AZ

Aİ Gürcüstana qarşı sanksiyalarda israrlıdır

Bir sıra Aİ ölkələri Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsinə cavab olaraq Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlər görməkdə, o cümlədən Aİ-də vətəndaşları üçün vizasız rejimin dayandırılmasında israrlıdır.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Hollandiya, Çexiya, İsveç və Estoniya gələn həftə Aİ xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə anti-Gürcüstan sanksiyalarının tətbiqi imkanlarını müzakirə etmək təşəbbüsü ilə çıxış edəcəklər.

Müzakirə üçün təklif olunan tədbirlər arasında Gürcüstan vətəndaşları üçün Aİ-də vizasız rejimin ləğvi, məqsədyönlü sanksiyalar və Aİ-nin vəsaitlərinin dondurulması da var. 

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
32
redaktor.az

10Mənbələr