AZ

ABŞ Gürcüstana qarşı sanksiyalar hazırlayır...

...ABŞ hazırda xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar hazırlayır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qanunun təşviqinə cavabdeh olan Gürcüstan rəsmilərinə məhdudiyyətlər qoyulacaq.

...Birləşmiş Ştatlar onların aktivlərini dondurmağı və hətta ailə üzvlərinə də viza almağa qadağa qoymağı planlaşdırır.

Bunu Amerikanın “Politico” nəşri yazıb.

...Xarici təsirin şəffaflığı haqqında qanunla razılaşmayan etirazçıların dağıdılmasında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına da sanksiyalar tətbiq olunacaq.

Xatırladaq ki, bazar ertəsi, mayın 13-də Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi üçüncü oxunuşda xarici agentlər haqqında qanun layihəsini dəstəkləyib. Etirazçılar sənədin baxılmasını pozmağa çalışıblar. Bazar günü axşam Rustaveli prospektində parlamentin yaxınlığındakı mitinqə gedib və orada gecələyiblər. Səhər saatlarında polis etirazçıları parlamentin xidməti girişlərindən uzaqlaşdırıb.

Ertəsi gün, mayın 14-də Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinə baxılarkən deputatlar dava edib. Nəticədə plenar iclas yarımçıq qalıb.

Lakin bu, yekun qərarın qəbul edilməsinə mane olmayıb: Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini qəbul edib.

Səsvermənin nəticələri elan edildikdən sonra Tbilisinin Rustaveli prospektində dayanan təşəbbüsün əleyhdarları öz narazılıqlarını daha da ucadan ifadə etməyə başlayıblar.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
32
sia.az

10Mənbələr