AZ

ABŞ “demokratiyanın gücləndirilməsi” müqabilində Gürcüstana yardım paketi təqdim edə bilər

Əgər respublikanın hakimiyyəti getdikcə artan anti-Qərb ritorikasından əl çəksə və insan haqlarından geri çəkilməyi dayandırsa, Birləşmiş Ştatlar Gürcüstana geniş iqtisadi və müdafiə yardımı paketi verə bilər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Amerikanın “Politico” qəzeti yazır.

 

Nəşrin yazdığına görə, Gürcüstana dəstək haqqında qanun layihəsi bu həftə ABŞ Konqresinə təqdim edilməlidir.

 

Xüsusilə, söhbət respublika vətəndaşları üçün viza rejiminin sadələşdirilməsindən və “imtiyazlı ticarət rejimi”nin tətbiqindən gedir.

 

Sonuncu Tbilisinin Amerika bazarlarına daha asan çıxışını təmin etməyi nəzərdə tutur.

 

Bundan əlavə, ABŞ Gürcüstana hərbi yardım paketinin hazırlanması imkanlarını nəzərdən keçirəcək. Müvafiq təşəbbüs həyata keçirilərsə, respublika Rusiya Federasiyasının mümkün hücumlarından “əraziləri qorumaq üçün ideal” texnikanın verilməsinə və hərbi kadrların hazırlanmasına ümid edə biləcək.

 

“Lakin proqram o zaman işə düşəcək ki, Birləşmiş Ştatlar Gürcüstanın öz demokratiyasının möhkəmləndirilməsində mühüm və davamlı irəliləyiş nümayiş etdirdiyini təsdiqləsin”, - nəşr yazır.

 

Jurnalistlər bildirib  ki, meyarlardan biri Gürcüstanda “balanslaşdırılmış seçkiqabağı mühit”in yaradılması və azad seçkilərin keçirilməsi olacaq.

 

Üstəlik, sözügedən qanun layihəsi qəbul olunarsa, ABŞ xarici ölkədə hakim “Gürcü arzusu” partiyasının siyasətçilərinə və bir sıra digər dövlət rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq edə bilər. Məhdudiyyətlərin tətbiqi şərti xarici agentlər haqqında qanunun “rus üslubunda” həyata keçirilməsi olacaq.

 

Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili deputatların qəbul etdiyi xarici agentlər haqqında qanunu imzalamaqdan imtina edib. Lakin sonradan respublika parlamenti bu sənədə dövlət başçısının veto qoymasını ləğv etmək niyyətində olduqlarını bəyan etdi.

 

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze xarici agentlər haqqında qanunu “uzunmüddətli sülhün təminatı” adlandırmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
32
oxu24.com

10Mənbələr