AZ

Aygün Kazımova "Maşallah" üçün dondan-dona girdi - FOTO/VİDEO

Xalq artisti Aygün Kazımova türkiyəli bəstəkar-müğənni Genco Ecerlə olan yeni layihəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, söz və bəstəsi Gencoya aid “Maşallah” adlı mahnı üçün sənətçilər kamera qarşısına keçiblər.

Klip rejissor Selim Akar tərəfindən ekranlaşdırılıb.

Bu layihənin reallaşmasının əsas səbəbkarı Gencodur. Belə ki, işbirliyi ilə bağlı təklif məhz ondan gəlib. Duet haqda açıqlama verən türkiyəli sənətçi bu mahnını yazarkən Aygün Kazımovadan ilhamlandığını bildirib.

"Maşallah"ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət tərəfindən çəkilib.

A.Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli və kreativ obrazlardan biri isə Pop divanın ultra uzun hörüklərlə lentə alınan səhnəsi olub. Bu obrazın hazırlanmasına saatlar sərf olunub. 
 




Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
20
bizim.media

10Mənbələr