AZ

Aygün Kazımova Hollivud ulduzu ilə BİR ARADA - FOTO

Xalq artisti Aygün Kazımova “Maşallah” klipinin çəkilişləri zamanı gözlənilməz sürprizlə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, dünyaca məşhur “Taxt oyunları” serialından tanınan aktyor Tamer Hassan çəkiliş məkanına gəlib.

Hassan, Pop kraliçanın duet ortağı Genco Ecerin əmisi olduğunu deyib.

Kazımova çəkiliş məkanında Hollivud ulduzu ilə birgə çəkilən fotolarını sosial şəbəkə hesabında yayımlayaraq “Genco Ecerlə bərabər “Maşallah” klipimizin çəkilişində bizə sürpriz edib, setə təşrif buyuran Tamer Hassana təşəkkürlər. Gəlişi ilə bizə xüsusi bir enerji ötürdü. Çəkiliş prosesimiz çox gözəl keçdi. Mənim ulduz rejissorum Selim Akar isə bu anları heç gözdən qaçırarmı?!” sözlərini yazıb.

Qeyd edək ki, “Maşallah” mahnısını Genco Aygün Kazımova üçün yazıb.














Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
272
19
bizim.media

10Mənbələr