AZ

“Taxt-tac oyunları”ndan tanınan aktyor Aygünlə birlikdə - VİDEO

Xalq artisti Aygün Kazımova “Maşallah” klipinin çəkilişləri zamanı sürpriz yaşayıb.

Yenisabah.az xəbər verir ki, “Taxt-tac oyunları” serialından tanınan aktyor Tamer Hassan çəkiliş məkanına gəlib.

O, Kazımovanın duet ortağı Genco Ecerin əmisi olduğunu deyib.

Kazımova çəkiliş məkanında Hollivud ulduzu ilə olan görüntüləri instaqram hesabında yayımlayıb:

“Genco Ecerlə bərabər “Maşallah” klipimizin çəkilişində bizə sürpriz edib, setə təşrif buyuran Tamer Hassana təşəkkürlər. Gəlişi ilə bizə xüsusi bir enerji ötürdü. Çəkiliş prosesimiz çox gözəl keçdi. Mənim ulduz rejissorum Selim Akar isə bu anları heç gözdən qaçırarmı?!”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
2
olke.az

10Mənbələr