AZ

Aygün Kazımova “Taxt oyunları”nın aktyoru ilə — VİDEO/FOTO

Xalq artisti Aygün Kazımova “Maşallah” klipinin çəkilişləri zamanı sürpriz yaşayıb.

Demokrat.az xəbər verir ki, dünyaca məşhur “Taxt oyunları” serialından tanınan aktyor Tamer Hassan çəkiliş məkanına gəlib. O, Pop kraliçanın duet ortağı Genco Ecerin əmisi olduğunu deyib.

Kazımova çəkiliş məkanında Hollivud ulduzu ilə olan görüntüləri instaqram hesabında yayımlayaraq “Genco Ecerlə bərabər “Maşallah” klipimizin çəkilişində bizə sürpriz edib, setə təşrif buyuran Tamer Hassana təşəkkürlər. Gəlişi ilə bizə xüsusi bir enerji ötürdü. Çəkiliş prosesimiz çox gözəl keçdi. Mənim ulduz rejissorum Selim Akar isə bu anları heç gözdən qaçırarmı?” sözlərini yazıb.

Qeyd edək ki, “Maşallah” mahnısını Genco Aygün Kazımova üçün yazıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
2
demokrat.az

10Mənbələr