AZ

İtaliya Azərbaycanda aqrar sektorun inkişafına köməklik göstərməyə hazırdır - Rikkardo Çursi

Bakı. Trend:

İtaliya Azərbaycanın ilk ticari tərəfdaşıdır və münasibətlərbütün sahələrdə - siyasət, mədəniyyət və iqtisadiyyat, o cümlədən,iqtisadiyyat və kənd təsərrüfatı kimi sahələrdə uğurla inkişafedir.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakısəfirliyinin nümayəndəsi Rikkardo Çursi Azərbaycan-İtaliya biznesforumunda deyib.

Onun sözlərinə görə, aqrar sahədə münasibətlər 1999-cu ildəninkişaf edir.

"Ölkələrimiz arasında ortaq cəhətlər çoxdur. Bizim əlverişliiqlimimiz var, qədim zamanlardan üzümçülüyü və heyvandarlığıinkişaf etdiririk. Qarşılıqlı təcrübəmiz dövlətlərimiz üçün faydalıolacaq", - deyə Çursi qeyd edib.

Onun sözlərinə görə, İtaliyanın enerji sektorunda ən mühümtərəfdaşı olan Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorlarını,xüsusən kənd təsərrüfatını da inkişaf etdirir.

"Aqrar sahə Azərbaycanda ümumdaxili məhsulda (ÜDM) mühüm roloynayır. Bu sektorla Azərbaycan əhalisinin böyük hissəsi məşğulolur. Aqrar sektora investisiyalar artmaqdadır. Biz müasirtexnologiya, maşın və avadanlıq tədarükü vasitəsilə bu inkişafaimkan yaratmağa hazırıq", - deyə İtaliya səfirliyinin nümayəndəsibildirib.

O, "yaşıl" kənd təsərrüfatının inkişafı mövzusunun Azərbaycandakeçiriləcək COP29 konfransında ayrıca mövzu olacağını qeydedib.

"İtaliya COP29-da böyük nümayəndə heyəti ilə təmsil olunacaq.Biz bu mühüm məsələ ilə bağlı mütəmadi olaraq lazımiməsləhətləşmələr aparırıq", - deyə Çursi əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
az.trend.az

10Mənbələr