AZ

Kənd təsərrüfatı texnikalarının 40%-i subsidilaşadırılır - Nazirlik rəsmisi

Azərbaycanda kənd təsərrüfatı texnikalarının 40%-i subsidilaşadırılır. Bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. 


O vurğulayıb ki, subsidiyalaşdırma eyni zamanda Italiyadan gələn texnikalara da aiddir. 


"İtaliyanın Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına aktiv iştirak etmələri çox yaxşı göstəricidir. Bizim üçün İtaliyanın müasir texnologiyalarından istifadə etmək çox yaxşıdır. İdxal göstəriciləri göstərir ki, son 5 ildə daha çox Avropa texnikaları idxal edilib ki, bunlar içərisində Italiya xüsusi yer tutur", - Fikrətzadə Azərbaycan-İtaliya biznes forumunda çıxışında qeyd edib.
 
Aygün Mirakif 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
50
anews.az

10Mənbələr