AZ

Samboçularımız Avropa çempionatında 7 medal qazanıblar - FOTOLAR

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan millisi 7 medal qazanıb. Azərbaycan Sambo Federasiyasından SİA-ya verilən məlumata görə, gənclər 3 (1 gümüş və 2 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.

Gənclərdə Nicat Rəhimov (64 kq) gümüş, Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 1 gümüş, 8 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asdırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
12

1Mənbələr

Şərh ()
Bağla