AZ

Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7 medal qazanıblar.
 
Azərbaycan Sambo Federasiyasından Moderator.az-a verilən məlumata görə, gənclər 3 (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.
 
Gənclərdə Nicat Rəhimov (64 kq) və Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.
 
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medala yiyələniblər.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
12
moderator.az

10Mənbələr