AZ

Azərbaycanın samboçuları AÇ-dən 7 medalla qayıtdılar

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7 medal qazanıblar.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Sambo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənclər 3 (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.

Gənclərdə Nicat Rəhimov (64 kq) və Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan samboçuları Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıblar.

Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) Avropa çempionatında bürünc medala yiyələnmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
12
arena.az

10Mənbələr