AZ

Sırski Xarkov yaxınlığındakı vəziyyəti ağır adlandırıb...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xarkov vilayətində vəziyyət Ukrayna ordusu üçün daha da pisləşib. Bu barədə Telegram-da yazı dərc edən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri regionda öz mövqelərini saxlamağa çalışsalar da, çətinliklərlə üzləşirlər. Rusiya Ordusu Ukrayna ərazisinə daha dərindən irəliləmək məqsədi ilə bir neçə istiqamətdə bölmələrə aktiv şəkildə hücum edir. Sırski əlavə edib ki, çətin müdafiə döyüşləri gedir. O qeyd edib ki, kəşfiyyat, artilleriya, pilotsuz sistem bölmələri işləyir.

Rusiya Federasiyası ilə dövlət sərhədi boyunca sərhədyanı rayonlarda, eləcə də Kupyanski, Severski, Limanski, Pokrovskidə döyüşlər davam edir. Sirskinin sözlərinə görə, bəzi ərazilərdə rus ordusu “qismən uğur qazanıb”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xarkov yaxınlığındakı 4 kəndin nəzarətə götürüldüyü barədə məlumat vermişdi.

Nazlı

Seçilən
120
50
1

1Mənbələr

Şərh ()
Bağla