AZ

Rusiyanın müharibədə yeni HƏDƏFİ: Ukraynanı dəstəkləyən güclərdən bu mesajlar gəlir

“ABŞ-ın dövlət katibinin Ukraynaya gəlişi sanki Ukraynanı mövcud vəziyyətə razı salmaq üçündür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiyanın Xarkov istiqamətindəki hücumları, buna gətirən səbəblər və ehtimal olunan nəticələri şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya sahədə irəliləməkdədir.

“Əməliyyatlar teatrında yeni cəbhə açıldı. Ruslar şimal – Xarkov istiqamətində hərəkətə keçiblər. Xarkova çatmaq üçün Vovçansk yaşayış məntəqəsi nəzarətə götürülməlidir. Vovçanskdan 40-45 km sonra isə Xarkov gəlir.

Rusiya düşünür ki, yeni ərazi nəzarətə götürüləcəksə, bu sərhəd istiqamətində olmalıdır. Yəni, Rusiya ilə Ukraynanın sərhədindəki rusların qurduğu bufer zona tamamlanmış olur. Müharibə bitəndə Rusiya ilə Ukrayna arasında sərhəd Ukrayna torpaqları olacaq”, – deyə o əlavə edib.

Hərbi ekspert qeyd edib ki, Xarkov Rusiya üçün yeni hədəfdir:

“Rusiya hücumlarını davam etdirdikcə və irəliləyişə nail olduqdan sonra Ukraynanı dəstəkləyən güclərdən yeni mesajlar gəlməyə başladı. ABŞ-ın dövlət katibinin Ukraynaya gəlişi sanki Ukraynanı mövcud vəziyyətə razı salmaq üçündür. Ukrayna ilə Ukraynanı dəstəkləyən qüvvələr ciddi müzakirə içərisindədirlər. Ukraynanın nümayəndə heyəti ABŞ-dadır.

Rusiya siyasi, hərbi hədəflərinin həcmini artırıb. Buna tezliklə nail olar, olmaz, görəcəyik. Ancaq sahədə baş verənlərin Rusiyanın istədiyi kimi gedir”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
50
yenicag.az

10Mənbələr