AZ

RegionRusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY

Ukraynada gedən müharibədə yeni cəbhənin açılması, Rusiyanın Xarkov vilayətində irəliləməsi müzakirələrə səbəb olub.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi-siyasi şərhçi Taras Berezovets "Report"un Şərqi Avropa bürosuna bildirib ki, bununla bağlı yayılan xəbərlər blefdir.

Onun sözlərinə görə, bu, Ukrayna ordusunun əsas hissəsini Donbas və Krım istiqamətindən çəkərək yerini dəyişməyə vadar etmək cəhdidir: "Mayın 10-dan başlayaraq Xarkov vilayətinin şimalında vəziyyət xeyli pisləşib və düşmən zirehli texnikanın dəstəklədiyi diversiya qrupları ilə Xarkov vilayətininə daxil olub. Düşmən qüvvələrinin əhəmiyyətli hissəsi məhv edilib”.

Ekspert əlavə edib ki, lakin hazırda Ukrayna Silahlı Qüvvələri geriyə, daha hazırlıqlı mövqelərə çəkilmək məcburiyyətində qalıblar. Hazırda düşmən Vovçinsk rayonunu və mərkəzini ələ keçirməyə çalışır. Şəhərdə şiddətli döyüşlər gedir. Buna baxmayaraq Ukrayna qüvvələri, vilayətdə əksər ərazilərə nəzarəti həyata keçirməyə davam edir: “Məncə düşmənin Xarkov vilayəti ilə sərhədində genişmiqyaslı hücumu inkişaf etdirmək üçün kifayət qədər ehtiyatı yoxdur. Bu, Ukrayna ehtiyatlarını başqa istiqamətlərdən, ilk növbədə Donetsk vilayətindən çıxarmağa vadar etmək cəhdinə bənzəyir”.

“Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanovun sözlərinə görə, düşmən bir müddət sonra Sumı bölgəsində yeni hücuma başlamağa cəhd edə bilər. Bütün bu planlar bizə yaxşı məlumdur, hazırda vəziyyət bizim nəzarətimizdədir", - o, əlavə edib.

Hərbi ekspert Vladislav Voloşin isə "Report"a bildirib ki, Rusiya qoşunları Xarkov istiqamətində müəyyən uğurlar əldə ediblər: "Lakin kiçik uğurlardır. Belə ki, Rusiya qoşunları yalnız boz zonada yerləşən bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb. Bəs onlar niyə belə addım atıblar? Çünki onlar digər istiqamətlərdə uğur əldə edə bilməyiblər. Söhbət xüsusilə Baxmut, Pokrovski istiqamətlərindən gedir. Odur ki, Ukrayna ordusunun qüvvələrini başqa istiqamətlərə çəkmək üçün Xarkov yaxınlığında hücuma keçiblər. Üstəlik, onlar fürsətdən istifadə edərək daha çox ərazini nəzarətə götürməyə çalışırlar. Lakin Ukrayna qüvvələri onların hücumlarını uğurla dəf edib və tezliklə onlarının irəliləməsinin qarşısı alınacaq”.

O bildirib ki, Rusiyanın bu istiqamətdə tutduğu ərazilər azad ediləcək: "Xarkov istiqamətində onlar canlı qüvvə və texnika cəmləşdirmişdi. Bununla da onlar cəbhəni uzatmağa çalışırlar. Əlbəttə ki, onlar indiki məqamda buna nail oldular. Amma biz tezliklə müdafiə xəttindəki bu boşluğu aradan qaldıracağıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
300
3
far.az

10Mənbələr