AZ

Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb

"Minsk ilk növbədə Belarus ətrafında cərəyan edən hərbi-siyasi vəziyyətdən çıxış edərək öz qüvvələrinin döyüş hazırlığı məsələlərinin təklilləşdirilməsini davam edəcək..."
 
Belarus Müdafiə Nazirliyi taktiki nüvə silahının daşıyıcı vasitələrinin qəfləti yoxlanılması barədə elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "newgrodno.by" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, yoxlama barədə Belarus hakimi Aleksandr Lukaşenko sərəncam verib.
 
"Bu gün Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı tərəfindən taktiki nüvə silahı daşıyıcılarının qüvvə və vasitələrinin qəfləti yoxlama aparılması barədə sərəncam alınıb. 
 
"İsgəndər" operativ-taktiki kompleksi divizionu və Су-25 təyyarələri eskadriyası təyinatı üzrə tapşırıqların icrasına hazırlıq vəziyyətinə gətirilir", - bu barədə Belarus müdafiə naziri Viktor Xrenin məruzə edib.
 
Onun sözlərinə görə, taktiki nüvə döyüş sursatları ilə zərbələrin planlaşdırması, hazırlığı və tətbiqi üzrə kompleks tədbirlər yoxlanılacaq.
 
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib ki, Minsk "ilk növbədə Belarus ətrafında cərəyan edən hərbi-siyasi vəziyyətdən çıxış edərək öz qüvvələrinin döyüş hazırlığı məsələlərinin təklilləşdirilməsini davam edəcək".
 
O, əlavə edib ki, hazırkı yoxlama "Rusiyadakı həmkarların" fəaliyyəti fonunda planlaşdırılıb və onlarla koordinasiya edilir.
 
Məmur əmin edib ki, tədbirlər "istisnasız olaraq müdafiə xarakteri daşıyır və heç bir dövlətə qarşı təhlükə törətmir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
moderator.az

10Mənbələr