AZ

Fransa nüvə başlığı daşıya bilən raketi sınaqdan keçirib

Fransa, nüvə başlığı daşıya bilən yenilənmiş səsdən sürətli ASMPA raketinin ilk sınaq buraxılışını həyata keçirib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə  Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Uzun müddətdir planlaşdırılan bu buraxılışın uğuru Fransanın çəkindirmə vasitəsinin havadan nüvə komponentinin etibarlılığını nümayiş etdirir", - Müdafiə Nazirliyi sosial mediada yazıb. 

 

Qeyd olunur ki, raketin buraxılışı və onun sərbəst uçuşu ölkə Silahlı Qüvvələrinin Baş İdarəsi tərəfindən idarə olunub.

 

Müdafiə Nazirliyi əlavə edib ki, ASMPA-nın yenilənməsi raketin daxili komponentlərinin işini yaxşılaşdırıb, eyni zamanda havada olan nüvə komponentinin etibarlılığını qoruyub.

 

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu aydınlaşdırıb ki, modernləşdirilmiş mərmi bortda faydalı yük olmadan uğurlu sınaq buraxılışı Rafale Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən həyata keçirilib.

 

Onun sözlərinə görə, planlaşdırılmış buraxılış mayın 13-dən iyunun 14-dək keçirilən Durandal hərbi təlimləri çərçivəsində baş tutub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
50
oxu24.com

10Mənbələr