AZ

Rusiya təlimə BAŞLADI: Nüvə silahının...

Rusiyada taktiki nüvə silahının hazırlanması və istifadəsi təcrübəsi üzrə hərbi təlimin birinci mərhələsi başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Baş komandanın əmrinə əsasən, Baş Qərargahın nəzarəti altında Cənub hərbi dairəsində taktiki nüvə silahının hazırlanması və tətbiqi təcrübəsindən ibarət hərbi təlim başlayıb”, - nazirlikdən bildirilib.

 

Təlim zamanı raket qoşunları “İsgəndər” taktiki raket komplekslərinin istifadəsinə hazırlığı məşq edəcək, aviasiya isə aviasiya silahlarını, o cümlədən hipersəsli “Kinjal” raketlərini xüsusi faydalı yüklərlə təchiz edəcək və onların patrul ərazisinə yollanacaq.

 

Nazirlik bu təlimin Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına cavab olaraq keçirildiyini və cavab hazırlığını saxlamaq, milli suverenliyi təmin etmək məqsədi daşıdığını vurğulayıb.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
sfera.az

10Mənbələr