AZ

“Ehtiyatlılığa son qoymağın vaxtı çatdı: Ukrayna üçün qələbə resepti..."- "Defense One"

“Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Bayden administrasiyası çox ehtiyatlı davranıb, lakin bunu dəyişdirmək üçün hələ vaxt var...”
 
Rusiya son bir neçə həftə ərzində döyüş meydanında müəyyən uğurlar əldə edib, lakin Ukraynanın vəziyyəti ümidsiz deyil. Bayden administrasiyası hərbi fəaliyyətinin intensivliyini artırmalı və bununla da Ukraynanın qələbəsini təmin etməlidir.
 
Moderator.az xəbər verir ki, “RAND”-ın(ABŞ-nin qeyri-kommersiya tədqiqat qurumu) baş politoloqu Endryu Radin bu barədə "Defense One" üçün köşə yazısında yazır. 
 
O qeyd edir ki, Bayden administrasiyasının ehtiyatlılığı müharibə başlayandan bəri özünü göstərir. Amerikanın Ukraynaya verdiyi dəstəyin həcmi genişlənir, lakin tədricən...
 
“2022-ci ilin aprelində yedəklənmiş artilleriya, 2022-ci ilin iyununda – “HIMARS” təkərli raket sistemləri, 2022-ci ilin dekabrında – “Patriot” hava hücumundan müdafiə, 2023-cü ilin yanvarında - yerüstü döyüş maşınları, 2023-cü ilin iyulunda - kasetli sursatlar, apreldə - Ordunun Yerüstü Taktiki Raket Sistemləri (“ATACMS”) haqqında”, - materialda deyilir.
 
ABŞ-nin bir neçə sahədə siyasətində dəyişiklik Rusiya tərəfindən minimum eskalasiya riski ilə Ukraynadakı hərbi vəziyyəti yaxşılaşdıracaq. Birincisi, Birləşmiş Ştatlar verdiyi sursatların yalnız Ukrayna ərazisində istifadə edilməsində israr etməyi  və Rusiya ərazisinə zərbə endirməməsi üçün Ukraynaya təzyiqləri dayandıra bilər.
 
İkincisi, ABŞ Ukraynada görünən hərbi mövcudluğunu genişləndirə bilər. Lazımi keyfiyyət üstünlüyü təmin etmək üçün Ukrayna ordusunun vəziyyətini və ehtiyaclarını anlamaq üçün Qərb məsləhətçiləri Ukraynada olmalıdır. Əgər hadisələrin faciəvi şəkildə inkişafı zamanı ABŞ personalı Rusiyanın hücumunda öldürülsə, Bayden administrasiyası cavab tədbirlərinə nəzarət etmək üçün kifayət qədər hərəkət azadlığına malik olar...
 
Üçüncüsü, Vaşinqton Rusiyanın ABŞ-nin kosmik təchizatçılarına kiber-hücumlarına və NATO müttəfiqlərinə qarşı "susdurma"lara cavab olaraq kosmik və kiber-məkan əməliyyatlarını genişləndirməlidir. Rusiya kiber-hücumların və ya digər cavab tədbirlərinin sayını artırmaqla eskalasiyanı artıra bilər, lakin o, öz hiyləsini ifşa etmək və gələcəkdə bu cür hücumlardan istifadə etmək imkanını itirmək riski daşıyır.
 
"ABŞ-ın əlavə tədbirləri Alyansın digər üzvlərini də dəstəyi artırmağa sövq edə bilər, çünki müttəfiqlər ənənəvi olaraq liderlik üçün ABŞ-yə güvənirlər. ABŞ “Abrams”ı təmin edənə qədər Almaniya “Leopard” tanklarını təmin etmədi. Bəlkə də, Amerikanın gələcək dəstəyi Almaniyanın öz uzaqmənzilli qanadlı raketini-  "Taurus"u təmin etməsinə səbəb olacaq. Amerika nöqteyi-nəzərindən, ABŞ-nin daha çox iştirakı sayca üstün düşmənlə qarşılaşan tərəfdaşa kömək etməkdə yeni imkanları sınamaq üçün bir fürsətdir. Bu cür təcrübə Tayvanın Çin təcavüzünə müqavimət göstərməsinə kömək etmək üçün çox vacib ola bilər ”, - Endryu Radin izah edir. 
 
Rusiya ilə birbaşa hərbi münaqişədən qaçmaq əsas maraqlardandır. Amma yuxarıda təklif olunan tədbirlər Amerika hərbi qüvvələrinin cəlb edilməsinə çağırış deyil, əksinə, Amerikanın Ukraynaya qarşı siyasətini tədricən gücləndirmək vasitəsidir.
 
Rusiya qeyri-müəyyən müddətə canlı qüvvə və maddi-texniki itkilərinə məruz qala bilməz. Amerika yardımına qoyulan məhdudiyyətlərin aradan qaldırılması Ukraynaya Rusiya qoşunlarını yayındırmağa və onların say üstünlüyünü aşmağa imkan verəcək, xüsusən də Rusiyanın yeni hücumlarının Ukraynaya təzyiq göstərdiyi bir vaxtda...
 
"ABŞ və müttəfiqləri Rusiyanın NATO-ya qarşı lazımi təmkinindən istifadə etməli və Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün daha çox işlər görməlidir. Bayden administrasiyası müharibənin başlanğıcında başa düşülən şəkildə ehtiyatlı davrandı. İndi ABŞ-ın daha intensiv rolu üçün fürsət var", - deyə müəllif fikrini tamamlayır.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
moderator.az

10Mənbələr