AZ

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb – KİV


ABŞ administrasiyası 2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə olaraq bu həftə İsrailə sursat tədarükünü dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı iki İsrail rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu addım İsrail hakimiyyətini ciddi narahat edib və onlar mərmi tədarükünün gecikməsinin səbəblərini öyrənməyə başlayıblar.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri zamanı Qəzza zolağının cənubunda keçirilən hərbi əməliyyatla bağlı Baş nazir Benyamin Netanyahu ilə “sərt söhbət” edib.
Bundan əvvəl bir çox dünya liderləri və beynəlxalq təşkilatlar dəfələrlə İsrail hakimiyyətini Rəfaha qoşun yerləşdirməkdən imtina etməyə çağırıblar.
Bu arada, Baş nazir Benyamin Netanyahu başda olmaqla İsrail hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar artıq təsdiqlənmiş Rafah əməliyyatı planlarından əl çəkməyəcəklər, çünki onların fikrincə, bu şəhərə qoşun yeridilməsi əsas məsələdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla