AZ

Azərbaycan millisinin baş məşqçisi: "Çatışmayan cəhətlərimiz çoxdur"

"Yaxın müddətdə komandadakı çatışmazlıqları aradan qaldırmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üç görüş keçirən yetirmələrinin çıxışı barədə danışıb:

“Komandamızın üzvləri hər oyunda öz güclərini artırırdılar. Təbii ki, çatışmayan cəhətlərimiz çoxdur.

Belarus və Özbəkistan milliləri bizi fiziki cəhətdən üstələyirdilər. Sona qədər istədiyimiz tempdə oynaya bilmirdik.

Birəbir mübarizələrdə çətinliklərimiz var. Matçların gedişində tez-tez heyətdə dəyişikliklər etdik.

Hər bir futbolçunun meydana çıxması üçün çalışırdıq. Belarusla ilk qarşılaşma uğursuz alındı və böyük hesabla uduzduq.

Özbəkistana məğlub olduğumuz matçda isə pis təsir bağışlamadıq. Sadəcə, oyunçularımız qol imkanlarından yararlana bilmədilər.

Ən yaxşı oyunumuzu Tacikistana qarşı keçirdik. Qarşılaşma boyunca üstün tərəf biz idik.

Lakin görüşün əsas vaxtı heç-heçə yekunlaşdığından, turnirin reqlamentinə uyğun birbaşa penalti zərbələri vuruldu və qalib gəldik”.

Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Belarusa 0:4, Özbəkistana isə 0:2 hesabı ilə uduzub. Tacikistanla qarşılaşmanın əsas vaxtında 2:2 bərabərə qalan milli penaltilər seryasında qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
Mənbələr
Şərh ()
Bağla