AZ

7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...

Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian mayın 19-da helikopter qəzasında həlak olub. 

News24.az "Unikal"a istinadla bildirir ki, Abdullahian 1964-cü ildə İranın Damqan şəhərində dünyaya gəlib. O, 7 yaşında atasını itirib. Anası onu və böyük qardaşını tək böyütməli olub. Bir müddət sonra Hüseyn qardaşını da itirib. 

O, yaşadığı məhəllədə cəbhəçi dostları ilə birlikdə klinika yaradıb və sözügedən xəstəxanada həkim kimi fəaliyyət göstərib. 

Diplomat 30 yaşında ailə həyatı qurub, onun bu evlilikdən iki övladı (bir oğlu və bir qızı) var.

Hüseyn Əmir Abdullahian 13-cü hökumətdə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edib. Bundan əvvəl o, İslam Şurası sədrinin xüsusi köməkçisi və İslam Şurasının beynəlxalq məsələlər üzrə baş direktoru vəzifəsində çalışıb. 

Əli Əkbər Salehinin nazirliyi dövründə o, Ərəb və Afrika xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib və Məhəmməd Cavad Zərifin nazirliyinin ilk üç ilində də bu vəzifədə qalıb. O, həm də Zərifin siyasi müşaviri və Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər fakültəsinin professoru olub.

1995-ci ilin iyununda o vaxtkı xarici işlər naziri Cavad Zərifin əmri ilə Hüseyn Əmir Abdullahian tutduğu vəzifədən azad edilib və onun yerinə Hüseyn Cabir Ənsari keçib. 

Bu əmrə etiraz edən Hüseyn Omanda səfir olmaq təklifini qəbul etməyib və Xarici İşlər Nazirliyini tamamilə tərk edib. 

Əmir Abdullahian Xarici İşlər Nazirliyinin fakültəsinin diplomatik əlaqələr üzrə bakalavr dərəcəsinə, Tehran Universitetinin hüquq və siyasi elmlər fakültəsinin beynəlxalq münasibətlər üzrə magistr dərəcəsinə və beynəlxalq elmlər doktoru dərəcəsinə malikdir. 

2021-ci ildə İran prezidenti Seyid İbrahim Rəisinin təklifi ilə İranın xarici işlər naziri vəzifəsinə təyin olunub. 

Hüseyn Əmir Abdullahianın diplomatik hadisələrlə bağlı bir neçə kitabın müəllifidir.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12346
5
news24.az

5Mənbələr