AZ

Böyük futbolda Qərbi Azərbaycan komandası olacaq

Qərbi Azərbaycan İcması minifutbol turnirinə start verib.

Bu ay start götürən yarışda 12 komanda mübarizəyə başlayıb.

Komandalar Qərbi Azərbaycan kəndləri olan "Daşkənd", "Qaraiman", "Bala Qaraqoyunlu", "Pəmbək", "Böyük Məzrə", "Böyük Qaraqoyunlu", "Dərə", "Babacan", "Qanlı", "Nərimanlı", "Nərimanlı B" və "Aşağı Şorca" adlarını daşıyır.

İcmanın futbolla bağlı istəkləri böyükdür.

Məqsəd yaxın gələcəkdə böyük futbolda yer almaqdır.

12 komandadan seçilmiş ən yaxşı oyunçulardan formalaşacaq klubun adı da məlumdur.

Kollektiv "Basarkeçər" adlanacaq.

Məqsəd bu adla yeni mövsümdən Həvəskar Liqasında iştirak etməkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
50
sportinfo.az

10Mənbələr