AZ

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən ₼3.8 milyon geri götürüldü

“Best Brands Group MA” MMC nizamnamə kapitalını azaldır.

Banker.az-ın məlumatına görə, “Best Brands Group MA” MMC təsisçilərin ümumi yığıncağının qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalı azaldılaraq 120 080 manat həcmində müəyyən edilir.

Şirkətin nizamnamə kapitalı 3 920 080 manat təşkil edirdi ki, bu da 3 800 000 manat azalmadır.

“Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunmuşdur. BBG MA Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir.

2020-ci il üzrə Azərbaycan ərazisində LC Waikiki brendinin 22 mağazası, Penti brendinin 14 mağazası mövcuddur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
24
Mənbələr
Şərh ()
Bağla