AZ

2 banka məxsus mənzil və qeyri-yaşayış sahələri satışa çıxarılır – Qiyməti

1) 03 iyun 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Atrabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Banker.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 47.30 kv.m olan 15 nömrəli mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 60 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası)

 

2) 04 iyun 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak  4-cü dəfə təkrar açıq hərraca çıxarılacaqdır.

Daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, 3-cü mərtəbə, qapı-4 ünvanında yerləşən, ümumi sahəsi 252.6 kv.m olan qeyri-yaşayış sahəsidir (4 saylı sahə).

Daşınmaz əmlakın ilkin satış qiyməti 525,000 (beş yüz iyirmi beş min) manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
4
banker.az

10Mənbələr