AZ

NATO Hərbi Komitəsi üzv ölkələrlə Ukraynaya dəstək göstərilməsi üçün TOPLAŞACAQ

NATO Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər.

Həmçinin görüş çərçivəsində iştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.

Bizim.Media

Seçilən
190
7
Mənbələr
Şərh ()
Bağla