AZ

Bakıda bir sıra obyektlərdə sudan qeyri-qanuni istifadə halları aşkarlanıb -FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Bakının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

"İki sahil” agentliyə istinadən xəbər verir ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var. Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib.

Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub.

Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Suraxanı rayonunda 76, ümumilikdə isə 1250 fakt aşkarlanaraq qarşısı alınıb. İiçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə yolverilməzdir. Bu əməlləri törədən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Seçilən
64
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22068
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19488
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18378
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17842
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17425
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17283
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16289
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15693
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12204
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10013
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8820
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8111
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7691
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7345
Minimum əmək haqqı nə qədər arta bilər?
7135
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6537
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865