AZ

Bakıda bəzi sahibkarların içməli suyu talaması müəyyən olunub - FOTO/VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Bu barədə Oxu.Az-a agentlikdən bildirilib.

Vurğulanıb ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var. Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə  deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib.

Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub.

Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Seçilən
57
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3348
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3184
Bu yol qovşağında təmir işləri aparılacaq
2586
Bakıda hoteldə yanğın başlayıb
2273
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1371
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1370
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1225
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1221
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1060
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1042
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
871
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
827
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
798
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
756
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
744
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
739
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
724
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
713
Sabah 5 kəndin qazı kəsiləcək
678
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
622