AZ

Bakıda bir sıra obyektlərdə sudan qeyri-qanuni istifadə halları aşkarlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Bakının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

525.az agentliyə istinadən xəbər verir ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var. Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib.

Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub.

Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Suraxanı rayonunda 76, ümumilikdə isə 1250 fakt aşkarlanaraq qarşısı alınıb. İiçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə yolverilməzdir. Bu əməlləri törədən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.























Bizi Facebookda izləyin

Seçilən
64
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
683
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
405
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
331
Bu yol qovşağında təmir işləri aparılacaq
267
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
173
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
163
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
158
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
158
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
125
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Çingiz Mustafayevin toyudur - FOTOLAR
108
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
105
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
85
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
82
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
73
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
35
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
35