"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də həftənin futbolçusu seçilib.
Futbolpress.az xəbər verir ki, o, son turda 1 qol və eyni sayda assistlə yadda qalıb.
Belə ki, sözügedən mükafatı argentinalı ilk dəfədir qazanır.
36 yaşlı futbolçu bu mövsüm 5 oyunda meydana çıxıb və eyni sayda qol vurub. Həmçinin o, 2 məhsuldar ötürmə ilə də yadda qalıb.