AZ

Messi və Suares məhsuldarlığa görə MLS-ə başçılıq edirlər

"İnter Mayami"nin futbolçuları Lionel Messi və Luis Suares MLS mövsümünün əvvəlində qol vurmaqda birinci yeri bölüşürlər.

Offsideplus.az xəbər verir ki, bu gün “Nashville”lə qarşılaşmada (3+1) Messi 2+1, Suares isə məhsuldar ötürmə edib.
Messi (7+3) və Suares (6+4) hərəyə 10 qol vurub və ötürmə edib.

Bombardirlik yarışının lideri olan "Real Solt Lake"in hücumçusu Kristian Aranqonun (8+2) də eyni sayda qolu var.

Eyni zamanda Messi cəmi 6, Aranqo və Suares isə hərəyə 9 oyun keçirib.

Seçilən
215
35
Mənbələr
Şərh ()
Bağla