AZ

Messi və Suaresin qolları “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

ABŞ-nin Kanzas Siti şəhərində MLS-in növbəti turu çərçivəsində yerli “Sportinq Kanzas Siti” ilə “İnter Mayami” qarşılaşıblar.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalı hücumçu Lionel Messi matçda qol vurub və məhsuldar ötürmə edib. Onun komanda yoldaşı, uruqvaylı hücumçu Luis Suares isə matçın 71-ci dəqiqəsində qələbə qolunun müəllifi olub.

Bu qələbə sayəsində “İnter Mayami” doqquz matçdan 15 xal toplayıb və MLS Şərq Konfransının turnir cədvəlinə başçılıq edir.

 

Seçilən
124
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq