AZ

"Mançester Siti" "Real"dan çəkinmir"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"a qarşı cavab oyunundan əvvəl matçla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, rəqibdən çəkinməkdiklərini açıqlayıb:

"Real" turniri ən çox qazanan komandadır. "Mançester Siti" "Real"dan çəkinmir. Əgər rəqibdən qorxursansa, o zaman matçları evdən izləməlisən. Çempionlar Liqasını qazanmağa hazırıq. Buna görə də ən yaxşı komandaları məğlub etməliyik".

Qarşılaşma sabah saat 23:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun 3:3 hesabı ilə başa çatmışdı.
Seçilən
41
31
Mənbələr
Şərh ()
Bağla