AZ

Çempionlar Liqası: “Real” yarımfinala yüksəlib

İspaniyanın “Real" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti” kollektivini penaltilər seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb.



NUHÇIXAN xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Matçda “Real”dan Rodriqo (12), “şəhərlilər”dən isə De Bröyne (76) fərqlənib. Əsas vaxt heç-heçə bitdiyindən (ilk oyunda 3:3 hesablı heç-heçə olub) mübarizə əlavə vaxtda davam edib.
Matçın əlavə vaxtında Pep Qvardiolanın yetirmələrinin nəhəng üstünlüyünə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Penaltilər seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
147
31
Mənbələr
Şərh ()
Bağla