AZ

“Real” yarımfinala yüksəlib

İspaniyanın “Real" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti” kollektivini penaltilər seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

“Real”ın heyətində Rodriqo (12), “şəhərlilər”dən isə De Bruyne (76) fərqlənib. Əsas vaxt heç-heçə bitdiyindən (ilk oyun - 3:3) mübarizə əlavə vaxtda davam edib.

Pep Qvardiolanın yetirmələrinin böyük üstünlüyünə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Penaltilər seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.

Seçilən
168
31
Mənbələr
Şərh ()
Bağla