AZ

"Bavariya" və "Real" yarımfinalda

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub. Son oyun günündə 2 qarşılaşma keçirilib. "Mançester Siti" "Real"ı qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında ilk görüşdə 3:3 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasında "Real" daha dəqiq olaraq (4:3) yarımfinala yüksəlib. "Real"ın ukraynalı qapıçısı Andrey Lunin 2 penaltini dəf edib."Arsenal" isə "Bavariya"nın qonağı olub. Sözügedən komandalar 1-ci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Bu görüşdə isə Almaniya klubu 1:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.Mətləb

Seçilən
169
31
Mənbələr
Şərh ()
Bağla