AZ

Azərbaycanda hərbi qulluqçuların vəzifələri ARTIRILIR

Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır.

Day.Az xəbər verir ki, bu barədə məsələ Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında' qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.

Daxil olmuş qanun layihəsi 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.

Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb.

Seçilən
89
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
21
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
12
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
10
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
7
Aparıcı Namidə İsayevaya vəzifə verildi
6
Mahirlə Musa üçün çətin seçim: Avropada qalsınlar, yoxsa vətənə dönsünlər?
5
Coratda 10 aylıq körpə boğularaq ölüb
5
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 3 %-ə yaxın artıb
5
ABŞ-li bloqer 26 “Tesla” elektromobilini pulsuz paylayacaq - FOTO
5
ИИ поможет расшифровать письменность древней цивилизации
5
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
4
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
4
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
4
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4
Polşa səfirliyindən Gürcüstandakı vətəndaşlarına ÇAĞIRIŞ
4
Yunanıstanın bəzi bölgələrində son 14 ilin ən isti aprel ayı yaşanıb
4
Azərbaycanda iyun ayında devalvasiya olacaq? - AÇIQLAMA
4
Murad Məmmədov Avropa çempionu oldu!
4
Baş Nazir Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb
3