AZ

Murad Məmmədov Avropa çempionu oldu!

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Murad Məmmədov Rumınoyanın paytaxtı Buxarestdə Avropa çempionu olub.

Arena.az xəbər verir ki, ötən gün start götürmüş Avropa çempionatında bu gün ilk medalçılar müəyyənləşib.

Murad Məmmədov (60 kq) həlledici görüşdə ukraynalı Aleksandr Xruşinlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:1 hesabıyla qalib gələn Murad qızıl medala sahib çıxıb. Bununla da Məmmədov Avropa çempionatında medal kolleksiyasını tamamlayıb. Güləşçimiz buna qədər analoji yarışda gümüş (2018) və bürünc (2022) medal qazanmışdı.

Avropa çempionatında debüt edən Rəşad Məmmədov (55 kq) finalda moldovalı Artyum Deleanuyla qarşılaşıb. Güləşçimiz hesabda öndə olarkən ani bir səhvin qurbanı olub. Rəqibinə “tuş”la məğlub olan Rəşad ilk dəfə qatıldığı qitə birinciliyində gümüş medal qazanıb.

İslam Abbasov (87 kq) bürünc medal uğrunda görüşdə olimpiya, dünya və Avropa çempionu Jan Belenyukla mübarizə aparıb. Ukraynalı təcrübəli güləşçi minimalhesablı qələbə qazanıb – 2:1.

Beka Kandelaki (130 kq) norveçli Oskar Marviklə 3-cü yer uğrunda güləşib. Təmsilçimiz hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək xalların keyfiyyətinə görə (2:2) qələbə qazanıb və Avropa çempionatında ilk dəfə fəxri kürsüyə qalxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına 1 dəst medalla start verib.

Xatırladaq ki, bu gün yunan-Roma güləşi üzrə yığmamızın daha üç üzvü finala yüksəlib. Nihat Məmmədli (60 kq) sabah həlledici görüşdə moldovalı Viktor Çiobanuyla, Həsrət Cəfərov (67 kq) rusiyalı Ruslan Biçurinlə, Ülvü Qənizadə (72 kq) isə Selçuk Canı (Türkiyə) məğlub etməyə çalışacaq.

Millimizin daha bir üzvü Rafiq Hüseynov (82 kq) da sabah təsəlliverici görüşə çıxacaq. Hüseynov gürcüstanlı Gela Bolkvadzeylə güləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
4
arena.az

10Mənbələr