AZ

Hərbi qulluqçuların vəzifələri ARTIRILIR

Bakı. Trend:

Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Mili Məclisin bu günkeçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan RespublikasıSilahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsihaqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərinmühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etməkdaxil edilir.

Daxil olmuş qanun layihəsi 1954-cü il tarixli "Silahlı münaqişəzamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasınadair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərinqorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxiledilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasınyaradılması məqsədi ilə hazırlanıb.

Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərinmühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayətedilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrininhərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınarmədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndiriciemblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunmasıimkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqiəsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının millimədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və yagücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələblərinəzərdə tutan normalar öz əksini tapıb.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Məqalədə:
Seçilən
64
18
Mənbələr
Şərh ()
Bağla