AZ

Aprelin 5-də nə baş verəcək? "Avropa İttifaqı Ermənistandakı anti-Rusiya havasını daha da qızışdırmaq istəyir" - POLİTOLOQ

Aprelin 5-də nə baş verəcək? "Avropa İttifaqı Ermənistandakı anti-Rusiya havasını daha da qızışdırmaq istəyir" - POLİTOLOQ

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. Bəzi mənbələr bu görüşdə Ermənistanın Rusiyaya qarşı təhlükəsizlik sənədi bildirir. Rusiya isə bu görüşün keçirilməsinə qarşıdır. Bu görüş region üçün hansı nəticələr doğura bilər

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
AprelinPolitoloq bildirib ki, Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyunlar içərisindədir

"Bu gün Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyunlar içərisindədir. Bu oyunlar bütünlükdə region taleyinə köklənib. Ermənistan və Avropa ittifaqı arasında aparılan danışıqlar Ermənistan ərazisindəki Avropa İttifaqının mülki missiyası altındakı kəşfiyyat fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Həmçinin bu imkanları genişlənməsi fonunda Avropa İttifaqı Ermənistandakı anti-Rusiya havasını daha da qızışdırmaq istəyir. Ona görə Rusiya rəhbərliyi bu görüşlə bağlı aqressiv reaksiyalar verir. Bütün bu görüşlər ümumilikdə bölgədəki sülhü santaj edir. Azərbaycanın iştirak etmədiyi hər hansısa görüşdə Azərbaycanla bağlı fikirlər səslənməsi qəbuledilməzdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında bu görüşdə Ermənistanla bağlı iqtisadi məsələlərin müzakirə olunacağını bildirib. O, Azərbaycanla bağlı hər hansısa mövzuya toxunulmayacağını vurğulasa da, hesab edirəm ki, bu müzakirələrdə mütləq şəkildə Avropa İttifaqı Azərbaycanın önəmini dərk etməlidir. Görüşdə radikal açıqlamalara vəı fikirlərə yol verilməməlidir".

Seçilən
124
46
Mənbələr
Şərh ()
Bağla