AZ

Paşinyan və Blinken nəyi müzakirə edəcək? - ABŞ -dan açıqlama

ABŞ Dövlət Departamenti Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin Brüsseldə planlaşdırılan görüşü barədə şərh verib.

Azpost.info bildirir ki, Departamentin sözçüsü Metyu Miller brifinqdə verdiyi açıqlamada bu görüşün sülh sazişinin əldə olunması üçün keçirildiyini deyib.

“Mən bu barədə ətraflı danışmayacağam. Ancaq demək istəyirəm ki, bizim Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı əlaqədə məqsədimiz onları fikir ayrılıqlarını aradan qaldırmaq və güclü və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdir”, – deyə Miller vurğualyıb.

Qeyd edək ki, Brüsseldə aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
Mənbələr
Şərh ()
Bağla