AZ

Erməni səfirdən gicbəsər açıqlama: Azərbaycan 5 aprelə qədər Ermənistana hücum edəcək

"Əliyev rejimi və müttəfiqləri baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə aprelin 5-nə planlaşdırılan görüşünü pozmaq məqsədilə Pasxa bayramında Ermənistana hücum etmək istəyirlər".

Musavat.com xəbər verir ki, bu gicbəsər açıqlamanı hansısa erməni Tik-Toker yox, Ermənistanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın Aİ-dəki daimi nümayəndəsi Tiqran Balayan yayıb.

Səfir yuxarıda oxuduğunuz cümlələri özünün X-dəki mikrobloqunda yazıb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
21
Mənbələr
Şərh ()
Bağla