AZ

ABŞ hərbçiləri Ermənistana gəlib

Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində aprelin 1-də ABŞ-dan bir qrup amerikalı təlimatçı Ermənistana səfər edib.

Editor.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb. Təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar.

Onlar ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər. Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken İrəvanın Avro-Atlantik inteqrasiya şərtlərini razılaşdırmaq üçün Brüsseldə görüşəcəklər.

Bir gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa və ABŞ-ı respublikanın əsas tərəfdaşları adlandırıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
22
editor.az

10Mənbələr

Şərh ()
Bağla