AZ

Bayden ailə biznesi ilə bağlı ifadə vermək üçün Konqresə dəvət edilib

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer ABŞ prezidenti Co Baydeni ailəsinin biznes əlaqələri ilə bağlı ifadə verməyə dəvət etdiyini bildirib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Komer Baydenə yazdığı məktubda onun açıq bəyanatları ilə müvafiq komitə tərəfindən toplanmış sübutlar arasındakı fərqlərə diqqət çəkib.

“Sizin birbaşa Konqres üzvlərinin suallarına cavab verməyiniz Amerika xalqının maraqlarına uyğundur. Bununla sizi konqresə dəvət edirəm”, - deyə o, bildirib.

Siyasətçi əlavə edib ki, komitə Baydenin, onun ailə üzvlərinin və biznes tərəfdaşlarının xarici mənbələrdən hesablarına daxil olan 24 milyon dollardan çox vəsait aşkar edib.

Havar Şəfiyeva

Seçilən
67
50
Mənbələr
Şərh ()
Bağla