AZ

"HƏMAS bizi ələ salır" - Boris Conson

 
"İsrailə hərbi dəstəyin dayandırılması o deməkdir ki, biz İsrailin məğlubiyyətini və HƏMAS-ın qələbəsini istəyirik..."
 
"HƏMAS öz vətəndaşlarının ölüm və əzablarından istifadə edərək ağrı və kədəri pik həddə çatdıraraq beynəlxalq ictimai rəyi İsrailə qarşı yönəltmək istəyir..."
 
"Humanitar hüquqdan danışanlar, oktyabrın 7-də HƏMAS-ın insanlığı harada oliub, mənə Qəzzada belə bir yer göstərə bilərsinizmi?.."
 
Conson qətiyyətlə İsrailin müdafiəsinə qalxıb
 
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ölkəsində İsrailə silah satışını dayandırmaq çağırışlarını kəskin tənqid edib.
 
Moderator.az xəbər verir ki, bu barədə onun "Daily Mail" nəşrində dərc edilən məqaləsində deyilir.
 
Onun fikrincə, Böyük Britaniya üçün İsrailə hərbi dəstəyi dayandırmaq "ağılsızlıq" olardı. Conson qeyd edib ki, ən həyəcan doğuran fakt ondan ibarətdir ki, yalnız bir neçə nazir İsrailn xeyrinə fikirlər yürüdür.
 
"Təklif edilən embarqo hazırda bütün deputatlar, "Mİ-6"-nın rəhbəri, Ali Məhkəmənin bəzi sabiq hakimləri və təxminən 600 nəfər hüquqşünas tərəfindən dəstəklənir. Onların hamısı Yaxın Şərqdə yeganə demokratiyadan üz döndərməyimizi tələb edir.
 
Bizdən israillilərdən uzaq durmaq, İsrailin tam mənəvi iflasını təşkil etmək tələb edilir, hərçənd, bu ölkə lap bu yaxınlarda ikinci dünya savaşınan sonra yəhudi xalqının ən böyük və dəhşətli qətliamını yaşayıb", - o, yazıb.
 
"Biz axı hər şeyi necə kəlləmayallaq edə bilərik ki? Bizə nə olub belə?" - Conson sual edib.
 
Daha sonra o, "İsrailin heç vaxt olmadığı kimi ən böyük ekzistensial təhlükə altında olduğu zaman ona silah satışını qadağan etməyin nə demək olduğunu izah edib.
 
"Əgər biz silah ixracını qadağan etsək, buradan heç şübhəsiz belə çıxır ki, hansısa özünə hörmət edən ölkə israilliləri silahlandırmamalıdır. 
 
Əgər biz hamının, o cümlədən ABŞ-ın İsrailə hərbi dəstəyinin dayandırmasını istəyiriksə, bu o deməkdir ki, biz İsrailin məğlubiyyətini və HƏMAS-ın qələbəsini istəyirik.
 
Yadda saxlayın ki, HƏMAS-la bu münaqişədə qələbə üçün yalnız sağ qalmaq lazımdır. Onlara lazım olan tab gətirmək, bərpa olunmaq və yenidən irəliyə getməkdir", - Conson deyib.
 
O, vurğulayıb ki, İsrailin müdafiə olunmaqdan savayı başqa çıxış yolu yoxdur, çünki HƏMAS-ın Nizamnaməsi və məqsədi İsraili və mahiyyət etibarilə bütün yəhudi xalqını məhv etməkdir.
 
"HƏMAS-ın 7 oktyabr qətliamı açıq şəkildə bu məqsədə-İsrailin fiziki və siyasi məhvinə nail olmağa yönəlib", - o, deyib.
 
Conson qeyd edib ki, HƏMAS əvvəlcədən dünya ictimaiyyətində İsrailə ikrah hissi yaratmağa cəhd edib.
 
"Əlbəttə ki, onlar israilliləri zorakı cavaba təhrik edib, çünki bilib ki, qisas hissi bütün dünyada İsrailə simpatiyanın itirilməsinə səbəb olacaq.
 
Ona görə də onlar adamları girov götürüb ki, İsrailin döyüşməkdən başqa yolu qalmasın. Ona görə də onlar girovları azad etməldən imtina edir.
 
Ona görə də onlar müharibəyə hərtərəfli hazırlaşıb, öz müdafiəsini həyasızcasına elə qurub ki, fələstinlilər arasında ən böyük qurbanlara təhrik etsin və Qərb tərəfdən İsrailə dəstək daha çox itirilsin.
 
Məhz buna görə də onlar 400 mil tunel inşa edib və məscidlər, xəstəxanalar, məktəblər və digər mülki obyektlərdə gizlənib. 
 
Onlar öz vətəndaşlarının ölüm və əzablarından fəal şəkildə istifadə edərək, ağrı və kədəri pik həddinə çatdıraraq beynəlxalq ictimai rəyi İsrailə qarşı sıx birləşməyə nail olmaq istəyib, biz də buna gedirik", - Conson qeyd edib.
 
"Mən Qəzza əhalisinin böyük əzablarını əsla inkar etmirəm. Mən sizdən bu məsələdə əslində kimin günahkar olduğu barədə düşünməyi xahiş edirəm", - Conson əlavə edib.
 
O, xatırladıb ki, hərbi əməliyyatın gedişində İsrail öz hücumları barədə xəbərdarlıq edir, yüksək dəqiqli döyüş sursatlarından istifadə edir, hərbi hədəflərlə insan əzabları riskləri arasında mütənasibliyi təmin etməyə cəhd göstərir.
 
"İsrail HƏMAS terrorçularını məhv etməyə cəhd göstərir, eyni zamanda, ətraf əhalini qorumaq üçün bütün mümkün olanları edir", - Conson qeyd edib.
 
O, əmin edib ki, HƏMAS gözəl bilir ki, fələstinli qadın və uşaqların əzablarının dəhşətli mənzərələri Qərbdə ürəkləri dağlayır və onun qətiyyətini zəiflədir.
 
"Hal-hazırda onlar bizim zəiflədiyimizi görür, həm Londonda, həm də Vaşinqtonda bizim səsimizin getdikcə qətiyyətinin azaldığını eşidir.
 
Onlar İsrailin boykot edilməsi barədə meydana çıxan diskusiyanı dinləyir və öz məqsədlərinə-İsraili Qərbin dəstəyindən məhrum etməyi və israillilərin öz missiyasını icra edə bilməyəcəyini düşünür", - Conson yazıb.
 
Onun fikrincə, əgər Qərbin dəstəyi sarsılarsa, İsrail Rafaha daxil ola bilməyəcək və HƏMAS-ın Qəzza bölgəsində hərbi güc kimi mövcudluğuna son verə bilməyəcək.
 
"Hidranın başı yenidən böyüyəcək. HƏMAS daha bir, sonra daha bir 7 oktyabr törədə biləcək", - siyasətçi əmin edib.
 
"Siz, hüquq məsələləri üzrə ekspertlər, İsrailə silah satışına embarqo qoymağı tələb edənlər, siz doğrudanmı bunu istəyirsiniz? Qələbəni bir ovuc qatillərə və yırtıcılara vermək istəyirsiniz?" - Conson sual edib.
 
"Siz humanitar hüquqdan danışırsınız. Bəs oktyabrın 7-də HƏMAS-ın insanlığı harada olub? Mənə Qəzzada HƏMAS-ın humanitar hüququ qoruduğu yeri göstərə bilərsinizmi?
 
O yerdə ki, qorxu, məhkəmə və istintaqsız edamlar hökm sürür, homoseksuallığa görə ölüm cəzası təhlükəsi mövcuddur. Bu, humanitar hüquqdurmu? Onlar bizi ələ salır. Əgər biz İsrailə silah satışını qadağan etsək, bu, cəfəngiyyat və riayakarlıq olacaq", - o, vurğulayıb.
Seçilən
190
34
Mənbələr
Şərh ()
Bağla