AZ

Baydendən QƏRİBƏ AÇIQLAMA: mən Bidenopoulosam... - VİDEO

ABŞ prezidenti Cozef Bayden özünü yunan adlandırırıb.

Musavat.com xəbər verir ki, o belə qeyri-adi bəyanatı Yunanıstanın Müstəqillik Günü ilə əlaqədar çıxışı zamanı verib.

Bundan əlavə, ABŞ prezidenti auditoriyanı inandırmağa çalışıb ki, Delaverdəki hər bir yunan amerikalı ona səs verib.

"Buna görə də mənə çox fəxr etdiyim ləqəb verdilər: mən Co Bidenopoulosam", - Amerika lideri deyib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və əgər 46-cı prezident Co Bayden uduzsa və ya iştirak etməsə, bu seçkidə ABŞ-ın 47-ci prezidenti seçilə bilər. Seçkidə ABŞ-ın 45-ci prezidenti Donald Tramp da iştirak edəcək.

Musavat.com

Seçilən
162
34
Mənbələr
Şərh ()
Bağla