AZ

“Putin Paşinyanı belə cəzalandıracaq, Azərbaycan isə...” - Elmar Məmmədyarovdan ŞOK AÇIQLAMA

“Düşünürəm ki, erməni təxribatları davam edəcək. Ermənilər bu təxribatlarla Azərbaycanın hərbi mövqeyini yoxlayırlar. Bütün dünyaya çağırış edəcəklər ki, görürsünüz, biz ABŞ və Avropa İttifaqı ilə görüşürük, Azərbaycan bizə hücum edir, imkan vermir ki, işlərimizi aparaq və s.”

Yenisabah.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Eks-nazirin sözlərinə görə, Ermənistan istəyir ki, bütün dünya onlara dəstək versin:

“Digər məsələlər Rusiya ilə, müəyyən qədər isə İranla bağlıdır. Çünki Ermənistan bu işlərdə subyekt deyil, obyektdir.

Avropa İttifaqı və ABŞ Ermənistana növbəti 4 il üçün 350 milyon avro və qrant şəklində dəstək vəd edib. Bu, böyük puldur. Ermənistanın büdcəsi heç 1 milyardı keçmir.

Ermənistanın ona ayrılacaq qrantla silah-sursat ala biləcəyinə inanmıram. Çünki ABŞ və Avropa İttifaqı buna imkan verməz. Onlar Rusiyanın Ermənistandakı, Cənubi Qafqazdakı nüfuzunu azaltmaq istəyirlər. Fikir verdinizsə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov çox sərt bəyanatla çıxış etdi. Yəqin ki, Rusiya çox qısa müddətdə Ermənistana cavab verəcək. Çünki Kreml baş verənlərə sakit baxa bilməz”.

Elmar Məmmədyarov hesab edir ki, bu cavab forması müxtəlif şəkildə ola bilər:

“Rusiya Ermənistana cavab verməsə, elə biləcəklər ki, zəifdir. Bu, diplomatiya zərurətidir. Rusiyanın Ermənistana cavab forması müxtəlif şəkildə ola bilər. Rusiya qazın qiymətini artırsa, Ermənistan nə edəcək? Yaxud da Yuxarı Lars bağlana bilər. Ermənistan iqtisadiyyatının 80 faizdən çoxu Rusiya iqtisadiyyatına bağlıdır. Baxaq görək Moskva hansı addımı atacaq”.

Keçmiş nazir Ermənistan baş naziri haqda isə bunları deyib:

“Nikol Paşinyan populistdir, ona görə xalq ona dəstək verir. Hazırda Ermənistan müxalifətində Paşinyana rəqib yoxdur. İqtidarda isə onun ətrafında olan hökumət üzvləri Paşinyana rəqib ola bilər”.

Elmar Məmmədyarov sonda vurğulayıb ki, Ermənistan 4 kəndi sülh yolu ilə Azərbaycana qaytarmasa, hərbi yolla öz torpaqlarımızı götürə bilərik.


Telegram kanalımız
Seçilən
228
34
Mənbələr
Şərh ()
Bağla