AZ

Qəzzada son vəziyyət:Ölənlərin sayı 32 min 552-yə yüksəldi

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda İsrailin blokadası altındakı Qəzza zolağına təşkil edilən 6 hücumda 62 fələstinlinin həyatını itirdiyi, 91 nəfərin isə yaralandığı bildirilib.

Bu barədə “İki sahil” "Huriyyet"ə istinadla xəbər verir

Açıqlamada, Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayının 32 min 552, yaralıların sayının isə 74 min 980-ə yüksəldiyi bildirilib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrailin Xan Yunisdəki Əl-Əmal xəstəxanasına basqın zamanı nəzarətə götürdüyü 7 işçini 47 gündən sonra azad etdiyi bildirilib. Açıqlamada Fələstin Qızıl Aypara Cəmiyyətinin daha 8 əməkdaşının İsrail həbsxanalarında saxlandığı və vəziyyətlərinin məlum olmadığı vurğulanıb.

phrase_var_article.chosen
174
13
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close