AZ

A Seriyası: “Latsio” Turindən 3 xalla qayıtdı - Video

Futbol üzrə İtaliya çempiontında (A Seriyası) 2023/2024 mövsümünün 21-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Torino” ilə “Latsio” arasında baş tutub.

Turində keçirilmiş qarşılaşma meydan sahibləri üçün uğursuz alınıb. Səfərdə iki cavabsız qol vurmuş paytaxt təmsilçisi inamlı qələbəyə sevinib.

Bu qələbədən sonra “Latsio” 40 xalla 7-ci pillədə qərarlaşıb. “Torino” isə 36 xalla 10-cu sırada qalıb.

A Seriyasına 63 xala malik “İnter” liderlik edir. Bu komandanı 54 xalı olan “Yuventus” və 52 xallı “Milan” izləyirlər. “Atalanta” və “Bolonya”nın 45, “Roma”nın 41 xalı var.

İtaliya, A Seriyası
21-ci turun oyunu
22 fevral

Torino – Latsio 0:2
Qollar: Genduzi, 50. Kataldi, 56.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
36
arena.az

10Mənbələr