AZ

“Roma” son dəqiqələrdə heç-heçə edə bildi - VİDEO

İtaliya A Seriyasında 28-ci turun “Fiorentina” - “Roma” qarşılaşması başa çatıb. Komandalar Florensiyanın “Stadio Artemio Franchi” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi Davide Massa olub.

Rəqiblər sülhə razılaşıblar - 2:2. Qolları “Fiorentina”nın heyətində Ranyeri (18) və Mandraqora (69) vurublar. Qonaqlarda isə Auar (58) və Liorente (90+5) fərqləniblər.

“Roma” A Seriyasının turnir cədvəlində beşinci yerdədir. Komanda 28 oyunda 48 xal toplayıb. “Fiorentina” isə 43 xalla səkkizinci yerdə qərarlaşıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
1
oxu.az

10Mənbələr

Şərh ()
Bağla